İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək | Icma.az
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran və ABŞ arasında danışıqların növbəti iki raundu gələn həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək.“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.“Növbəti rəsmi danışıqlar Cenevrədə baş tutacaq, ardınca gələn həftəsonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək”, - nəşr yazıb.Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında dolayı danışıqların birinci raundu keçirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu