İran və ABŞ nümayəndələri aprelin 12 də Omanda danışıqlar aparacaq

08.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton və Tehranın nümayəndə heyətləri aprelin 12-də Omanda vasitəçilərin köməyi ilə danışıqlar aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçinin "X"-də yazdığı mesajda deyilir.

"İran və ABŞ yüksək səviyyəli yaxınlıq danışıqları üçün şənbə günü Omanda görüşəcək. Bu, təkcə fürsət deyil, həm də sınaqdır. Məhsuliyyət Amerikanın üzərində qalır", - deyə o qeyd edib.

Martın 7-də Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları təklifi ilə bağlı mesaj göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina edib, lakin vasitəçilər vasitəsilə məsləhətləşmələrin davam etdirilməsi imkanlarının qaldığını bəyan edib.

Martın 30-da Tramp nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcəyini bildirib. O, həmçinin razılaşmanın rədd ediləcəyi təqdirdə İslam Respublikasını görünməmiş bombardmanla hədələyib. Xamneyi cavabında ABŞ-ın hərbi müdaxiləsi ehtimalına inanmadığını bildirib, lakin xəbərdarlıq edib ki, Vaşinqtonun İranda iğtişaş törətmək cəhdi qətiyyətlə qarşılanacaq.

Aprelin 7-də Tramp bildirib ki, Vaşinqton və Tehran artıq birbaşa məsləhətləşmələr aparır və bu məsləhətləşmələr şənbə günü “demək olar ki, ən yüksək səviyyədə” davam edəcək. O, təfərrüatları açıqlamayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью