İran və ABŞ nüvə sazişinə yaxındır MAQATE rəhbəri

05.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı razılaşmanın əldə olunması ehtimalı yüksək qiymətləndirilir.

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, tərəflər nüvə məsələləri üzrə çərçivə sazişinə kifayət qədər yaxınlaşıblar.

“Bizim qiymətləndirməmizə görə, onlar nüvə mövzusu ilə bağlı razılaşmaya kifayət qədər yaxındırlar. Digər məsələlər mənim səlahiyyət sahəmə aid deyil. Söhbət müxtəlif problemlərin müzakirəsi üçün vaxt qazandıracaq bir çərçivə razılaşmasından gedir. Mən hesab edirəm ki, belə bir razılaşmanın əldə olunması tamamilə mümkündür”, – deyə Qrossi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью