“İran və ABŞ tez razılaşmada maraqlıdır, heç bir son müddət yoxdur” Əraqçi

20.02.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İran və ABŞ tez razılaşmada maraqlıdır, heç bir son müddət yoxdur.

"Report" "Sepahnews"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, sanksiyalar nə qədər tez ləğv edilsə, İran üçün bir o qədər yaxşıdır: "Odur ki, mümkün razılaşmanı gecikdirmək üçün heç bir səbəbimiz yoxdur".

Nazir qeyd edib ki, məsələnin çətin hissəsi mümkün razılaşmanın "qazan-qazan" və ədalətli bir razılaşma olmasını əldə etməkdir.

Abbas Əraqçinin sözlərinə görə, hər iki tərəfin xüsusi maraqları və narahatlıqları var: "Bizim vəzifəmiz tərəflərin maraqlarını və narahatlıqlarını əhatə edən bir həll yolu tapmaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью