İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılmasını müzakirə etmir

15.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya səviyyəsinin azaldılması ehtimalını müzakirə etmir. Danışıqlar hələ bu mərhələyə çatmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Diplomat ABŞ ilə razılaşma çərçivəsində uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılması və ya azaldılması ilə bağlı suala belə cavab verib: "Xeyr, hazırda biz ümumiyyətlə bu mərhələdə deyilik. Bütün bu müddət ərzində nüvə mövzusu ilə bağlı detalları müzakirə etmirik və etməmişik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью