İran və Avropa ölkələri nüvə danışıqları aparmağa razılaşıblar

20.07.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran və üç Avropa dövləti – Almaniya, Fransa və Böyük Britaniya arasında nüvə proqramı ilə bağlı danışıqlar aparılması barədə razılıq əldə olunub.

Bu barədə “Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Doğru.az xəbər verir ki, tərəflər İranın nüvə proqramı ilə bağlı dialoqun başlanmasına dair razılığa gəliblər. Danışıqların vaxtı və yeri isə hələlik müəyyən edilməyib.

Mənbələrin bildirdiyinə görə, bu detallarla bağlı müzakirələr davam etdirilir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью