İran və Azərbaycan ixrac üçün avtomobil istehsal edəcək

05.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycandakı "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" ilə İrana məxsus avtomobil şirkəti arasında avtomobil istehsalına dair Anlaşma Memorandumu imzalanıb.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə "Eghtesad News" portalı məlumat paylaşıb.

"Çox güman ki, iki ay ərzində tərəflər arasında bununla bağlı müqavilə imzalanacaq və proqnozlaşdırılan tendensiya davam edərsə, bu ilin sonuna kimi ilk avtomobil modeli istehsal olunacaq", - deyə mənbə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью