İran və Azərbaycan rəsmiləri görüşdü: Sərhəddəki çətinliklər... | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub.
Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, müzakirələr Dövlət Gömrük Komitəsinin nümayəndələrinin Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfəri zamanı aparılıb.
Görüşlərdə buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib.
Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib.
Tam oxu
Xəbəri oxu