İran və Azərbaycan Xəzərin ekoloji problemlərini müzakirə edib

23.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Tehran və Bakının Xəzər dənizi üzrə əməkdaşlığı çox səmərəli olacaq.

Bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dəniz və Göllər üzrə direktor müavini Əhmədrza Lahicanzadə APA-nın Tehran bürosuna açıqlamasında deyib.

O, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının 7-ci iclası çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə aparılan müzakirələrə toxunub.

Əhmədrza Lahicanzadə bildirib ki, ortaq sərhədə malik və qonşu ölkələr olan İranla Azərbaycan Xəzər dənizi sahəsində çox səmərəli əməkdaşlıq edə bilər.

“Tehran Konvensiyasının iclası çərçivəsində Azərbaycanla biomüxtəliflik, birgə tədqiqatlar, eləcə də sərhədyanı mühafizə olunan ərazilər, çaylar və bataqlıqlar, o cümlədən Araz çayı kimi sərhədyanı su hövzələri ilə bağlı yaxşı müzakirələr və fikir mübadiləsi apardıq”, - Lahicanzadə qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью