İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

27.06.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İran və BƏƏ Cəbəl-Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa edir.

AZƏRTAC İRNA xəbər agentliyinə istinadən bildirir ki, İranın Ticarətin Təşviqi Təşkilatının ticarət xidmətləri üzrə müavini Cəbəl-Əli limanı vasitəsilə BƏƏ ilə ticarət əlaqələrinin bərpa olunduğunu elan edib.

Cəbəl-Əli Fars körfəzinin cənubundakı ən mühüm limanlardan biridir. BƏƏ ərazisində yerləşən liman bu ölkə ilə İran arasında ticarətin böyük hissəsini idarə edən əsas tranzit qovşağı kimi xidmət edir.

Bu il fevralın 28-də bölgədə başlayan hərbi əməliyyatlar nəticəsində Cəbəl-Əli limanı vasitəsilə ticarət əməliyyatları dayandırılmışdı.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью