İran və BƏƏ əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər

13.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ikitərəfli əlaqələri inkişaf etdirmək barədə razılıq əldə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran dövlət başçısı BRİKS sammiti çərçivəsində baş tutan görüşdə mövcud narahatlıqların müzakirə edildiyini bildirib. O, xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların da məhsuldar keçdiyini diqqətə çatdırıb.

"Biz ötənləri geridə qoymaq, gələcəyə baxmaq və onu birgə səylərlə necə qura biləcəyimiz barədə qarşılıqlı anlaşmaya gəldik" — deyə M.Pezeşkian qeyd edib.

BƏƏ prezidentinin diplomatiya üzrə müşaviri Ənvər Qarqaş da Yaxın Şərqdəki münaqişə bitdikdən sonra ölkəsinin İranla münasibətləri bərpa etmək məcburiyyətində qalacağını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью