Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasında mövcud olan konsulluq məsələləri də daxil olmaqla bir sıra ikitərəfli mövzuları müzakirə ediblər.
Danışıqlar zamanı qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq maraqların qorunması məqsədilə müxtəlif səviyyələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə İranın nüvə proqramı ilə bağlı məsələ də gündəmə gətirilib. Məlumata görə, Seyid Abbas Əraqçi bəzi Avropa ölkələrinin bu sahədə sərgilədiyi yanaşmaları tənqid edərək, İranın öz qanuni hüquqları və legitim maraqları çərçivəsində danışıqlara hər zaman açıq olduğunu, lakin bu prosesin birtərəfli təzyiq alətinə çevrilməsini qəbul etmədiyini bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper isə Londonun İranın nüvə məsələsinə dair mövqeyində diplomatiya və dialoqun əsas vasitə olaraq qalmalı olduğunu bir daha diqqətə çatdırıb.
Qadir, Bizimyol.info