Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) Baş Konfransının 69-cu sessiyasında nüvə obyektlərinə hücumların qadağan edilməsinə dair qətnamə layihəsi təqdim edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.
“NPT-nin (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) bütövlüyünü qorumaq üçün İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə, “Nüvə obyektlərinə və infrastruktura Agentliyin hərtərəfli qorunma müqaviləsi (CSA) ilə əhatə olunan bütün növ hücumların və hücum təhdidlərinin qadağan edilməsi haqqında” qətnamə layihəsi təqdim edib”, - deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qadir, Bizimyol.info