İran və Ermənistan Arazla bağlı RAZILAŞDI

19.08.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran və Ermənistan Araz çayı üzərində ikinci sərhəd körpüsünün tikintisinə dair razılığa gəliblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, Ermənistan və İran həm də mövcud körpünün yenidən qurulması və sərhəd terminallarının təkmilləşdirilməsi barədə razılığa gəliblər.
Sadiq qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı üzrə strateji plan razılaşdırılıb.

Bundan əvvəl Ermənistan və İran arasında ikinci körpünün tikintisi üzrə layihələndirmə işlərinin başa çatdırıldığı bildirilib.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian dünən Ermənistana səfərə gedib.
Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью