İran və İsrail arasında atəşkəs danışıqları başladı

17.06.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin liderlərinə İran və İsrail arasında atəşkəs danışıqlarının artıq başladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

“Prezident Tramp G7 ölkələrinin liderlərinə İran və İsrail arasında atəşkəs danışıqlarının artıq başladığını bildirib”, - mənbə deyib.

ABŞ rəsmisi hələlik prosesdə (münaqişədə) yekunlaşma olmasa da, İran və İsrailin düzgün istiqamətdə irəlilədiyini vurğulayıb.

Xatırladaq ki, G7 ölkələrinin İsrail-İran manaqişəsinə həsr olunmuş sammiti 16-17 iyunda Kanadada keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью