İran və Müqavimət Cəbhəsi hər zaman Livanın yanında olacaq

02.06.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İslam İnqilabı Liderinin Beynəlxalq Münasibətlər üzrə Məsləhətçisi Əli Əkbər Vilayəti, İsrailin Beyrutun cənubundakı Dahiye bölgəsinə hücumlarına və atəşkəsin pozulmasına reaksiyasında, İran ilə Müqavimət Cəbhəsinin Livan xalqının yanında olmağa davam edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Vilayəti sosial şəbəkə hesabında yazıb.

“Bu hücumlar İsrailin sonunun yaxınlaşdığını göstərir. Dahiye bölgəsinin bombardmanı və atəşkəsin pozulması, saxta rejimin uğursuz tarixini tez bir zamanda sonlandırmaq istədiyini göstərir”, - deyə o qeyd edib.

O vurğulayıb ki, İran və Müqavimət Cəbhəsi Livan xalqına dəstəyi dayandırmayacaq: “Siz başladınız, amma bölgədəki müşahidəçilərin fərqli olaraq, İran və Müqavimət Cəbhəsi müsəlmanından maronitinə qədər bütün Livan xalqının yanında sonuna qədər duracaq”, - deyə bildirib.

Vilayəti tarixi proseslərə işarə edərək bildirib ki, bu hücumlara qarşı cavab veriləcək: “Tarix təkrarlanır. Zəncirləri qıracaq cavab yoldadır. Bu hekayənin son nöqtəsi bizim əlimizdədir.”

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью