İran və Oman gəliri bölüşəcək

26.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran və Oman Hörmüz boğazında naviqasiyadan əldə edilən gəlirləri bölüşəcəklər

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) elan edib.

"Hörmüz boğazı İrana və qarşımızda yerləşən Omana məxsusdur. Təxminən bir aydır ki, danışıqlar aparırıq və hər iki tərəf üçün məqbul nəticələr əldə etmişik. Bu danışıqlar zamanı hər iki ölkənin boğaz sularındakı payı və İran və Omanın gəlir payı ilə bağlı razılaşmalar əldə edilib". pizza mizza

İİKK ABŞ-ni bu prosesi maneə törətməkdə və gecikdirməkdə günahlandıraraq qeyd edib ki, Vaşinqton Tehranın şərtlərini qəbul etməsə, boğaz heç bir halda açılmayacaq.

Bir gün əvvəl İran və Oman xarici işlər nazirləri Abbas Araqçi və Bədr əl-Busaidi Tehranda danışıqlar aparıblar. İran çərşənbə axşamı iki tərəfin boğazdan müvəqqəti gəmiçilik marşrutu barədə razılığa gəldiyini açıqlayıb. Tehran iddia edir ki, bu, ABŞ-ın təşəbbüsü ilə Oman sahili yaxınlığında yaradılan başqa bir marşrutu əvəz etmək niyyətindədir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью