Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyət dəyişməyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqeyi bildirib.
"Tehranda İran və Oman arasında xarici işlər nazirinin müavinləri səviyyəsində bir neçə raund danışıqlar keçirilib. Tərəflər Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsi üçün ümumi prinsiplər və əməliyyat mexanizmləri barədə fikir mübadiləsi aparıblar",-deyə o bildirib.
Danışıqlar səmərəli keçib və müəyyən irəliləyişlər əldə edilib.
"Oman nümayəndə heyəti Tehranı tərk edib. İki tərəf arasında texniki və siyasi məsləhətləşmələr davam edir", - deyə o bildirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin