Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Pakistanın XİN başçısı regional vəziyyətin inkişafı ilə bağlı narahatlığını ifadə edib. O, dialoq və diplomatiyanın irəliyə doğru yeganə effektiv yol olduğunu vurğulayıb.
Tərəflər sıx şəkildə əlaqə saxlamaqla bağlı razılığa gəliblər.