Icma.az, Qaynarinfo saytına istinadən bildirir. İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilin
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - Cəlali Tehran şəhərində İslam Respublikasının Prezidenti Masud Pezeşkian ilə görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər.
O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.