GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir. Rusiya və İran strateji tərəfdaşlıq barədə yeni müqavilə imzalaya bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Moskva və Tehran arasında müqavilənin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifə fəaliyyətinə başlaması ərəfəsində imzalanacağı bildirilir.
Jurnal yazır ki, yeni müqavilə iki ölkənin dünya arenasında izolyasiya olunmaları fonunda qüvvələrini birləşdirmək cəhdləri ilə əlaqəlidir.
Qeyd edək ki, İranla Rusiya arasında strateji tərəfdaşlıq barədə razılaşma ilə bağlı uzun müddətdir müzakirə aparılır.
Hər iki tərəf bundan öncə müqaviləni imzalamağa hazır olduğunu açıqlayıb.
Əliyar Xəlil Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.