İran və Rusiya Xəzərdə təlim keçirəcək

20.07.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 təlimlərinə start verəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi bildirib.

"İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilmiş CASAREX-2025 kombinə edilmiş dəniz axtarış-xilasetmə təlimləri sabahdan (21 iyul - red.) etibarən üç gün ərzində Xəzər dənizində keçiriləcək. Bu təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İİKK, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq", - məlumatda deyilir.

Agentlik dəqiqləşdirir ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью