İran və Rusiyadan gözlənilməz Zəngəzur yanaşması | Icma.az
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Dünyada baş verən proseslər gündəmi intensiv formada dəyişdirir.
Əvvəl tez-tez müzakirə olunan Zəngəzur dəhlizi də bu sıradadır.
Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin hələ də imzalanmaması, bir tərəfdən rəsmi İrəvanın sürətlə silahlanması, onun yeni müharibəyə hazırlığı kimi qiymətləndirilir.
Bütün hadisələr fonunda ictimaiyyəti maraqlandıran məsələ Zəngəzur dəhlizinin açılıb-açılmayacağıdır.
Axar.az-ın məlumatına görə, Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, son vaxtlar siyasətçilər Zəngəzur dəhlizi ifadəsini işlətmirlər: “Bu o demək deyil ki, sözügedən məsələ gündəmdən çıxıb.
Əksinə, yeni səviyyədə, daha qlobal miqyasda aktualdır. Onun reallaşma imkanı daha da artıb.
Zəngəzur dəhlizinin açılması məsələsi ilə daha çox Türkiyə məşğul olur.
Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ, Vaşinqton-Ankara münasibətlərinin müsbət dəyişimi həm də Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqeyə gəlməyə imkan yaradır.
Tam oxu
Xəbəri oxu