İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub

17.10.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İran və Türkiyə arasında Fars körfəzi və Hörmüz boğazı ilə əlaqədar məsələlər müzakirə olunub.

SİA xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, şənbə günü (17 oktyabr) İraqın paytaxtı Bağdad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının 52-ci iclası çərçivəsində İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub.

Görüşdə İran xarici işlər naziri hazırkı proseslərlə əlaqədar türkiyəli həmkarını məlumatlandırıb.

Görüşdə tərəflər müsəlman ölkələr arasında əməkdaşlıq və koordinasiyanın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və islamofobiya kimi problemlərlə mübarizə aparmaq üçün İslam Əməkdaşlıq Təşkilatının imkanlarından istifadə olunması ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Ttərəflər ikitərəfli əlaqələr və regional proseslər, o cümlədən Fələstin məsələsi ilə əlaqədar danışıqlar aparıblar.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır

Dünya

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Dünya

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Dünya

Tramp Ağ Evin yeni mətbuat katibini işdən QOVUB - şok səbəb...

Dünya

"Ən azı 70 milyard avro verin!" - Zelenskidən Avropa Birliyinə ŞƏRT

Dünya

ABŞ Konqresində Rusiya ilə dizel yanacağı müqaviləsi bloklanır? - SƏNƏD

Dünya

Rusiya ordusu Donetskdə daha bir kəndi ələ keçirdi

Dünya

Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...

Dünya

Rusiyanı səfərbərlik gözləyirmi?

Dünya

Kreml özü rəqəmsal Rusiyanı Silahlı Qüvvələrin hücumuna məruz qoydu...

Dünya

Putinin iradəsinə qarşı müharibə necə dayandırıla bilər?

Dünya

Ukrayna hansı kozırları oynaya bilər?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью