İran vətəndaşının narkokuyerliyə cəlb etdiyi şəxsdən 18 kq dan çox narkotik aşkar edilib

10.09.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran vətəndaşının narkokuyerliyə cəlb etdiyi şəxsdən 18 kiloqramdan çox narkotik aşkar edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

Bildirilib ki, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью