İran vurdu: Küveyt və Bəhreyndə nələr oldu?

28.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Küveyt və Bəhreyn hakimiyyəti İranın son hücumların nəticələri barədə açıqlama yayıb.

“Cebheinfo.az” xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü general-mayor Səud Əbdüləziz Əl-Uteybi səhər saatlarında Küveyt hava məkanında iki düşmən ballistik raketinin aşkarlandığını bildirib. O, raketlərin müəyyən edilmiş əməliyyat prosedurlarına uyğun olaraq tutulduğunu və zərərsizləşdirildiyini bildirib.

O, hadisə nəticəsində heç bir maddi ziyan və ya itki olmadığını vurğulayıb.

Bəhreyn Daxili İşlər Nazirliyi Muharraq rayonundakı yaşayış binasına ziyan dəydiyini bildirib. Nazirlik hadisə nəticəsində heç bir itki olmadığını açıqlayıb. Müvafiq xidmətlər hadisə yerində lazımi tədbirləri görür.

Hər iki ölkə yüksək təhlükəsizlik hazırlığı vəziyyətindədir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью