“İran xalqı ABŞ ni məğlub etdi” − Xamenei

17.01.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“ABŞ ölkədəki iğtişaşlara görə məsuliyyət daşımalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Əli Xamenei sosial şəbəkə hesabında yazıb.
“Amerikalılar üsyana bir çox məqsəd və istəklərlə başladılar. Lakin İran xalqı 12 günlük müharibədə Amerika və sionistləri məğlub edərək bu gün Allahın lütfü ilə üsyana son qoydu”, - bəyanatda bildirilir.
O əlavə edib ki, İslam Respublikasının Xarici İşlər Nazirliyi və müvafiq qurumlar Vaşinqtonun məsuliyyətə cəlb edilməsindəki irəliləyişi izləməlidirlər.
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью