“İran xalqının 60% i türk dilində danışır”

27.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“İran xalqının 60%-i türk dilində danışır. Bunu gözardı etmək olmaz”.

Missiya.Az xəbər verir ki, bu sözləri İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Monadi deyib.

“Bu dil ərəb və fransız dillərindən sonra dünyada ən çox danışılan dil sayılır. Türk dili olduqca qədimdir. Bunun üçün uşaqlara ana dili və ədəbiyyatını öyrətməliyik”, - deyə deputat vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью