İran xarici işlər naziri Dəməşqə getdi

01.12.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə səfər edib.

Metbuat.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Abbas Araqçinin olduğu təyyarə Dəməşq Beynəlxalq Hava Limanına enib.

İran XİN başçısı Suriyada yüksək vəzifəli şəxslərlə görüşəcək və ölkədə baş verən son proseslər fonunda Tehranın dəstəyini çatdıracaq. O, sabah isə Ankaraya səfər edərək türkiyəli həmkarı Hakan Fidanla bir araya gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью