Bizimyol saytına istinadən Icma.az xəbər verir.
İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağandır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi iranlı deputat Məhəmməd Qasim Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün atom bombası yaratmaq təklifini belə şərh edib.
"İran heç vaxt, heç bir halda nüvə silahı yaratmaq yolu ilə getməyəcək. Bu, Ali Rəhbər Ayətullah Əli Xameneinin fətvasına (dini hökm) əsaslanan strategiyamızın tərkib hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz", - deyə diplomat həftəlik brifinqdə deyib.
İslam Respublikasında nüvə silahının hazırlanması 2003-cü ildə Xamneyinin verdiyi fərmanla rəsmən qadağan edilib.
Qadir, Bizimyol.info