İran: Xark adasında neft infrastrukturu zərər görməyib

07.04.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İranın Xark adasındakı neft infrastrukturunun heç bir obyekti ABŞ və İsrailin zərbələri nəticəsində zərər görməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən ILNA agentliyi məlumat yayıb.

"Bütün obyektlər və neft infrastrukturu tamamilə tam işlək vəziyyətdədir və fəaliyyətini davam etdirir", — deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bütün zərbələr adadakı hərbi obyektlərə və HHM (hava hücumundan müdafiə) sistemlərinə endirilib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью