İran XİN ABŞ ın xarici siyasətini Dostoyevskinin əsərindən sitatla təsvir edib

15.08.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İrana və regiona münasibətdə xarici siyasətini rus yazıçısı Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından sitat gətirərək şərh edib.

Bizimyol.info xəbər verir ki, Bəqai “X” sosial şəbəkəsində yazıb ki, romandan götürülmüş həmin hissə ABŞ-ın dövlət idarəçiliyi və xarici siyasət sisteminin düşdüyü vəziyyəti dəqiq təsvir edir.

Sitatda deyilir: “Əsas odur ki, özünüzə yalan danışmayın. Özünə yalan danışan və öz yalanına qulaq asan insan elə bir həddə çatır ki, nə özündə, nə də ətrafında həqiqəti ayırd edə bilir.”

Bəqai bu fikirlərin ABŞ-ın İran və region siyasətində “yalanlara ifrat asılılığı” əks etdirdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyat başa çatdıqdan sonra Vaşinqtonun Hörmüz boğazını öz nəzarətinə götürəcəyini açıqlamışdı.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью