İran XİN ABŞ nin tankerlərə hücumunu qınayıb

05.09.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İranın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin tanklerlərinə ABŞ-nin hücumunu qınayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında qeyd olunub.

"ABŞ-nin İrana qarşı hərbi təcavüzünün davamı, dəniz mühasirəsi və iqtisadi müharibəsinin bir hissəsi kimi törədilən bu qeyri-qanuni hərəkətlər BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması, müharibə cinayəti və beynəlxalq sülhə, eləcə də ticarət gəmiçiliyinin təhlükəsizliyinə qarşı açıq bir təhdiddir", İran XİN-dən bildirilib.

Bəyanatda İranın suverenlik və milli maraqları müdafiə edəcəyi xatırladılıb:

"ABŞ-ni regiondakı təcavüzkar və müdaxiləçi hərəkətlərinin davam etməsi nəticəsində yaranan fəsadların məsuliyyəti Amerikanın, onun şərikləri və tərəfdaşlarının üzərinə düşəcək".

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç tankerinə zərbələr endirib və bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regionda Amerika gəmilərinə zərbə endirmək cəhdi ilə əlaqələndirib. Bundan sonra İran ordusu da Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью