İran XİN açıqladı: Rusiya və İran arasında müqavilə...

06.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.

"İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsi iqtisadi-ticari, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir. Bu müqavilə 2001-ci il tarixli “Moskva ilə Tehran arasında münasibətlər və əməkdaşlıq prinsipləri” haqqında sazişi yeniləyəcək və bəzi əlavələri əhatə edəcək”, - deyə diplomat həftəlik brifinqdə bildirib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью