İran XİN: Aİ ABŞ la danışıqlarda konstruktiv rol oynaya bilmədi

10.02.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı İranla ABŞ arasında aparılan danışıqlara müsbət təsir göstərə bilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi bildirib.

“Avropalılar diplomatik proseslərdə müstəqil və müsbət rol oynaya bilmədilər və sadəcə tabe mövqe tutmağı seçdilər. Nəticədə çox ciddi bir səhvə yol verdilər”, — deyə Baqayi brifinqdə Fransanın xarici işlər naziri Jan-Noel Barro-nun anti-İran bəyanatlarını şərh edərkən qeyd edib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью