İran XİN Avstriyanın Tehrandakı diplomatik nümayəndəsini çağırıb

14.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İran Xarici İşlər Nazirliyi Avstriyanın İrandakı diplomatik nümayəndəsini çağıraraq Avstriyanın İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verməkdən imtina etməsinə etiraz edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Məhəmməd Eslami Vyanada keçiriləcək Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransının 70-ci sessiyasında çıxış etməli idi.

“Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi Avstriyanı bu hərəkətinə görə məsuliyyətdən azad etmir”, - deyə İran XİN-in sözçüsü vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью