İran XİN başçısı ABŞ a dialoq əli uzatdı: Razılaşmaya hazırıq

29.01.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ prezidenti Trampın "İrana doğru böyük donanma yoldadır, anlaşın, yoxsa çox ağır zərbə vuracağıq", - xəbərdarlığına cavab verib.

Mia.az xarici məbuata istinadla xəbər verir ki, nazir Trampın "razılaşın" tələbini "razılaşmaya hazırıq" mesajı ilə cavablandırıb.

İran XİN başçısı deyib ki, ölkəsi nüvə silahın əsla əldə etmək məqsədində deyil: "İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə etməsinin qarşısını alan ədalətli razılaşmaya hazırıq".

İranlı nazir həmçinin ölkəyə qarşı hər hansı bir hücum olarsa, ona dərhal və sərt şəkildə cavab verməyə hazır olduqlarını da sözlərinə əlavə edib.

Tahir Şəlvəli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью