İran XİN başçısı: ABŞ la ədalətli razılaşma əldə etmək əzmindəyik

02.05.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Erakçi mayın 3-də ABŞ-la planlanan növbəti müzakirələrin təxirə salınmasından sonra açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "nüvə danışıqları"nda ədalətli razılaşma əldə etmək əzmində olduqlarını qeyd edib:

"Omanlı və ABŞ-lı həmkarlarımızla birlikdə logistik və texniki səbəblərə görə danışıqların 4-cü turunu təxirə salmağa qərar verdik. Danışıqlar yolu ilə müsbət həllə nail olmaq əzmimizdə heç bir dəyişiklik yoxdur. Əksinə, ədalətli və bərabər razılaşma əldə etmək üçün həmişəkindən daha əzmkarıq"

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью