İran XİN başçısı AEBAya xəbərdarlıq ETDİ

20.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Nazir bildirib ki, AEBA İrana qarşı qətnamə qəbul edərsə, rəsmi Tehran müvafiq cavab verəcək.

Qeyd edək ki, daha əvvəl İranın uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğu barədə məlumat yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью