İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək

12.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə ünvanlandığı məktubu ərəb dövləti vasitəsilə Tehrana çatdırılacaq.

Bakıvaxtı.az “İran İnternational”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi təfərrüata varmadan bildirib.

Onun sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

Qeyd edək ki, ABŞ lideri müsahibəsində Seyid Əli Xaməneiyə martın 5-də məktub göndərdiyini demişdi.

İranın xarici işlər naziri Abbas Ərakçi isə həmin məktubu almadıqlarını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью