İran XİN başçısının müavini: Azərbaycanla münasibətlər müsbət dinamikada inkişaf edir

23.01.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sevindirici haldır ki, Azərbaycanla İran arasındakı münasibətlər müsbət dinamikada inkişaf edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda mətbuat üçün keçirilən brifinqdə deyib.

Nazir müavini səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüyünü deyib:

"Bu görüşlərdə iki ölkə arasındakı birgə layihələrin inkişafını müzakirə etdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью