İran XİN: Bu həftə Dohada ABŞ ilə texniki danışıqların keçirilməsi planlaşdırılmayıb

29.06.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Xarici İşlər Nazirliyinin müavini və ABŞ ilə memorandumun icrası üzrə danışıqlar qrupunun üzvü Kazım Qəribabadi bu həftə Dohada ABŞ ilə texniki məsləhətləşmələrin başlanacağı barədə məlumatları təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

"Bu həftə işçi qruplarının texniki iclaslarının keçirilməsi planlaşdırılmayıb. Qətər ilə məsləhətləşmələr, o cümlədən qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinə nəzarət məsələsi normal qaydada davam etsə də, bəzi kütləvi informasiya vasitələrinin Dohada işçi qruplarının texniki danışıqlar aparacağı barədə xəbərləri təsdiqini tapmır", — deyib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью