İran XİN: Danışıqlar sual altında qalıb

14.07.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlama verərkən dilə gətirib. O diqqətə çatdırıb ki, gözlənilən danışıqların yeri də hələlik məlum deyil.
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu ilin mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.
Peskov: "Putin Trampa kömək göstərməyə hazırdır"
Digər tərəfdən, rəsmi Moskvada da vurğulamışdı ki, danışıqlara "töhfə verməyə hazırdır. Kremlin mətbuat katibi Dmitri Peskov hələ keçən ayın əvvəlində jurnalistlərə açıqlamasında söyləmişdi ki, Prezident Vladimir Putin müxtəlif kanallarla aparılan bu dialoqa "zərurət yaranarsa" qoşulacaq.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью