İran XİN: Münaqişənin həlli məsələsində top ABŞ ın tərəfindədir

02.11.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Tehran ABŞ-la münaqişənin həlli məsələsində növbəti addımın Vaşinqtondan asılı olduğunu bəyan edib.

Sherg.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinq zamanı bildirib.

İranlı diplomat, eyni zamanda, Hörmüz boğazının açılması ilə bağlı Tehranın təklif etdiyi planın həyata keçirilməsi üçün imkanların olduğunu qeyd edib.

“Top ABŞ-ın tərəfindədir. Çünki biz tələblərimizi kifayət qədər aydın şəkildə ifadə etmişik. Dəniz blokadası aradan qaldırılmayana və İranın tələbləri nəzərə alınmayana qədər yekun razılaşma əldə oluna bilməz, Hörmüz boğazı da açılmayacaq və təhlükəsiz olmayacaq”, – deyə Bəqayi vurğulayıb.

Onun sözlərinə görə, Tehranın tələbləri yerinə yetirildikdən sonra ABŞ-la danışıqlar prosesinin davam etdirilməsi məsələsini müzakirə etmək mümkün olacaq.

İran XİN-in nümayəndəsi Tehranla Vaşinqton arasında mesaj mübadiləsinin davam etdiyini də bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi də buna cavab olaraq hücumlar həyata keçirib. Münaqişədə müəyyən sakitlik müşahidə olunsa da, tərəflər arasında qarşıdurma hələ də həllini tapmayıb və hərbi əməliyyatların yenidən başlaması riski qalır.

İran və ABŞ arasındakı qarşıdurma səbəbindən Hörmüz boğazından gəmiçilik, demək olar ki, dayanıb. Bu boğaz dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın çatdırılması üçün əsas marşrutlardan biridir. Nəticədə bir çox ölkədə yanacağın qiyməti artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью