İran XİN: Nüvə dosyesi ilə bağlı ABŞ dən heç bir təklif almamışıq

19.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İran hələ də ABŞ Prezidenti Donald Trampın danışdığı nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ tərəfindən heç bir yazılı təklif almayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

"Hələ ki, ABŞ tərəfdən heç bir yazılı təklif almamışıq. Bütün təkliflər şifahi olub: Oman vasitəçiləri tərəfindən danışıqlar zamanı və ya danışıqlarda fasilələr zamanı. Amma bizə heç bir yazılı təklif təqdim edilməyib", - deyə diplomat həftəlik brifinqdə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью