İran XİN rəhbəri ABŞ la danışıqlar öncəsi Omanda görüşlər keçirib

06.02.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı ABŞ nümayəndələri ilə planlaşdırılan məsləhətləşmələr ərəfəsində Oman tərəfi ilə danışıqlar aparıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, səfər zamanı Əraqçini xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Həmid Qanbari, həmçinin İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi müşayiət edir.

Gözlənilir ki, fevralın 6-da Omanda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar keçiriləcək. İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ tərəfinə isə Prezidentin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edəcək.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью