Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi Davosda keçirilən Dünya İqtisadi Forumunu (DİF) onun çıxışının ləğvinə görə tənqid edib.
O bildirib ki, bu qərar yalan məlumatlara əsaslanıb və siyasi təzyiqlər nəticəsində qəbul edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İban Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri "X" sosial şəbəkə platformasında bəyanat yayıb.
Əraqçinin çıxışı 20 yanvar tarixinə planlaşdırılıb. Lakin təşkilatçılar onun iştirakını ləğv edərək bunu “son həftələrdə İranda mülki şəxslə
Buna cavab olaraq Əraqçi o, qərarın İsrail və ABŞ-ın təzyiqi altında verildiyini iddia edib.
“DİF Davosdakı çıxışımı İsrailin və ABŞ-dakı onun himayədarlarının və tərəfdarlarının siyasi təzyiqi və yalanları əsasında ləğv edib.
İranda son zorakılıqlarla bağlı bir əsas həqiqət var: biz xalqımızı açıq şəkildə Mossad tərəfindən dəstəklənən, İŞİD üslubunda qətllər törədən silahlı terrorçulardan müdafiə etməyə məcbur idik”, — deyə o yazıb.