İran XİN rəhbəri Ermənistanda kitab təqdimatı keçirəcək

24.03.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Ermənistan ilə İranın xarici işlər nazirləri martın 25-də danışıqlar aparacaqlar.
İran XİN rəhbəri Abbas Əraqçi 24-25 mart tarixlərində Ermənistana səfər edəcək, həmkarı Ararat Mirzoyanla görüşəcək.
Bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdəki səhifələrində məlumat verib.
Məlumatda Araqçi ilə Mirzoyanın martın 25-də danışıqlar aparacaqları, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcəyi bildirilir.
Səfər şərçivəsində Əraqçinin "Danışıqların gücü" kitabının təqdimat mərasimi keçiriləcək.
Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью