İran XİN rəhbəri Moskvada Lavrovla danışıqlar aparacaq

15.12.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi dekabrın 17-də Moskvaya işgüzar səfər edəcək və Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, görüş zamanı tərəflər İranın nüvə proqramı ətrafındakı vəziyyət də daxil olmaqla, aktual beynəlxalq məsələləri ətraflı müzakirə edəcək, həmçinin qarşılıqlı maraq doğuran regional mövzular üzrə fikir mübadiləsi aparacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью