İran XİN rəhbəri Pekinə səfər edəcək

05.05.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Yaxın Şərqdə gərginliyin artması fonunda İranın xarici işlər naziri Abbas Əraqçi çinli rəsmi şəxslərlə məsləhətləşmələr aparmaq üçün çərşənbə aqşamı Pekinə yola düşəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər zamanı xarici işlər naziri çinli həmkarı ilə ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq hadisələri müzakirə edəcək", — deyə bəyanatda bildirilir.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью